DÇ 2026 nın biletləri sentyabrda satışa çıxarılacaq

15.07.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

2026-cı ildə təşkil olunacaq dünya çempionatının ilkin mərhələsinin biletləri satışa çıxarılacaq.

İdman.biz xəbər verir ki, FIFA-nın mətbuat xidməti azarkeşlərin sentyabrın 10-dan bu imkan əldə edəcəyini açıqlayıb.

Əgər müraciətlərin sayı çox olarsa, biletlərin sahibləri təsadüfi yolla müəyyən ediləcək.

Qeyd edək ki, DÇ-2026-ya Kanada, Meksika və ABŞ evsahibliyi edəcək. İlk dəfə final mərhələsində 48 komandanın çıxış edəcəyi turnir iyunun 11-dən iyulun 19-dək baş tutacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью