DÇ 2026 nın bombardirlər yarışında lider dəyişdi SİYAHI

05.07.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

DÇ-2026-nın 1/8 final mərhələsində dünən keçirilən Fransa - Paraqvay oyunundan sonra mundialın bombardirlik yarışında dəyişiklik olub. Fransa millisinin hücumçusu Kilian Mbappe Paraqvayın qapısına vurduğu qoldan sonra bombardirlik yarışında yenidən liderliyə yüksəlib. 

Modern.az xəbər verir ki, Mbappe hesabındakı qolların sayını 7-yə çatdıraraq 1-ci yerdə gedir. Onun 2 qol ötürməsi də var.

İkinci pillədə olan Argentina millisinin hücumçusu Lionel Messinin də 7 qolu var. Amma Messinin qol ötürməsi yoxdur.

1.Kilian Mbappe (Fransa) – 7 qol, 2 ötürmə

2. Lionel Messi (Argentina) – 7 qol

3. Erlinq Haaland (Norveç) – 5 qol

4. Harri Keyn (İngiltərə) – 5 qol

5. Usman Dembele (Fransa) – 4 qol, 2 ötürmə
Xatırladaq ki, Dünya Çempionatının sonunda ən çox qol vuran futbolçuya "Qızıl buts" mükafatı veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью