DÇ 2026 nın ən bəstəboy oyunçusu müəyyənləşdi

03.06.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

FİFA ötən gün DÇ-2026-da iştirak edəcək millilərin yekun heyətlərini dərc edib. Sport24.az xəbər verir ki, bununla da mundiala yollanacaq bütün futbolçuların adları müəyyənləşib.

Bütün yığmaların heyətləri açıqlanandan sonra məlum olub ki, mundialda meydana çıxacaq futbolçuların arasında ən bəstəboy futbolçu Panama millisinin formasını geyinən Sezar Yanisdi. 30 yaşlı yarımmüdafiəçinin boyu 160 sm-dir.

Yanis klub səviyyəsində Çilinin "Cobresal" komandasının formasını geyinir. O, Panama millisində 53 oyun keçirib və 5 qola imza atıb.

Qeyd edək ki, Panama DÇ-2026-nın qrip mərhələsində İngiltərə, Xorvatiya və Qana ilə qarşılaşacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью