DÇ 2026 nın ən çox qazanan futbolçuları kimlərdir? TOP 10

11.06.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

DÇ-2026-nın ən çox qazanan futbolçuları kimlərdir? - TOP-10

“Forbes” jurnalı 2026-cı il dünya çempionatında iştirak edəcək ən yüksək gəlirə malik futbolçuların siyahısını dərc edib.

QOL.az xəbər verir ki, reytinqə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo başçılıq edir. Onun illik ümumi gəliri 300 milyon dollar olaraq qiymətləndirilib.

Dünya çempionatının ən çox qazanan 10 futbolçusu:

Kriştiano Ronaldo (Portuqaliya) – 300 milyon dollar

Lionel Messi (Argentina) – 140 milyon dollar

Kilian Mbappe (Fransa) – 95 milyon dollar

Erlinq Haaland (Norveç) – 80 milyon dollar

Vinisius Junior (Braziliya) – 60 milyon dollar

Məhəmməd Salah (Misir) – 55 milyon dollar

Sadio Mane (Seneqal) – 54 milyon dollar

Cud Bellinqem (İngiltərə) – 44 milyon dollar

Lamin Yamal (İspaniya) – 43 milyon dollar

Harri Keyn (İngiltərə) – 41 milyon dollar.

Qeyd edək ki, siyahı futbolçuların maaşları, bonusları və reklam müqavilələrindən əldə etdikləri ümumi illik gəlirlər əsasında hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью