DÇ 2026 nın ən yaxşı qolu bəlli oldu

10.09.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

DÇ-2026-nın ən yaxşı qolunun müəllifi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, FIFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, Kabo-Verde millisinin müdafiəçisi Sidney Lopes Kabralın 1/16 final mərhələsində Argentinanın qapısından keçirdiyi top turnirin ən yaxşı qolu seçilib.

İyulun 4-də keçirilən qarşılaşmada Kabo-Verde yığması əlavə vaxtda 2:3 hesabı ilə məğlub olub. 23 yaşlı futbolçu matçın 103-cü dəqiqəsində göstərdiyi fəndlə Aleksis Mak Allisteri geridə qoyaraq topu Emiliano Martinesin qoruduğu qapının üst küncünə göndərib və hesabı 2:2 edib.

Səsvermədə Sidney Kabral Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov və Haiti yığmasının üzvü Vilson İzidoru geridə qoyub. Qeyd olunan mükafata həmçinin, Kilian Mbappe (Fransa), Lionel Messi (Argentina), Cud Bellingem (İngiltərə) və Ferran Torres (İspaniya) kimi ulduzlar da namizəd göstərilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью