DÇ 2026 nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? VİDEO

20.07.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Futbol üzrə Dünya Çempionatının 19 iyulda baş tutan final qarşılaşması öncəsi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin paylaşımı diqqət çəkib.


Bakupost.az xəbər verir ki, ötən gün finalın başlamasına 1 saat qalmış Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli filmi paylaşıb.

O qeyd edib ki, Gəncə uzun illər onun üçün gizli bir sirr olaraq qalıb: bəzi yaşlı sakinlərin şəhərdəki məktəblərdən birini niyə "İspan məktəbi" adlandırması və Gəncədə ispan pilotların məzarlarının olması sual doğurub.

H.Hacıyev bildirib ki, "AnewZ" tərəfindən hazırlanmış "The aviators of Ganja | AnewZ investigative documentary" ("Gəncənin aviatorları | AnewZ araşdırma sənədli filmi) adlı araşdırma filmi bu unudulmuş tarixin bir hissəsinə işıq salır.

H.Hacıyevin ispan pilotlarla bağlı bu paylaşımı İspaniyaya azarkeşlik etməsinin mesajı ola bilərmi?

Elnur,

Bakupost



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью