futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
FIFA referisi Slavko Vinçiç karyerasını bitirib.
Futbolpress.az xəbər verir ki, bu barədə sloveniyalı hakim özü açıqlamasında deyib.
Vinçiç son olaraq DÇ-2026-da İspaniya ilə Argentina arasında baş tutan final matçını idarə edib. O, ispanların 1:0 hesabıyla qalib gəldiyi görüşdə argentinalı Enzo Fernandesi qırmızı vərəqə ilə meydandan qovub.
Vinçiç 2010-cı ildən FIFA referisi idi.