DÇ 2026 nın məşhur hakimi zədələndi

14.06.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

İngiltərəli hakim Maykl Oliver zədə səbəbindən 2026-cı il dünya çempionatındakı ilk oyununu buraxacaq.

"Ölkə.az" xəbər verir ki, FİFA-nın məlumatına görə, Oliver iyunun 14-də Filadelfiyada keçiriləcək Ekvador – Fildişi Sahili qrup mərhələsi görüşünü idarə edə bilməyəcək. Onun əvəzinə qarşılaşmanı fransalı hakim Fransua Leteksye idarə edəcək.

FIFA-da ümid edirlər ki, zədə Oliverin dünya çempionatındakı digər oyunlarda çalışmasına mane olmayacaq.

Oliver mundialda işləmək üçün seçilən altı ingiltərəli hakimdən biridir.

41 yaşlı referi 2010-cu ildən İngiltərə Premyer Liqasında oyunlar idarə edir. O, həmçinin 2022-ci il dünya çempionatının Xorvatiya ilə Braziliya arasında keçirilən 1/4 final qarşılaşmasının baş hakimi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью