Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
DÇ-2026-nın Çexiya - Cənubi Afrika oyununun baş hakimi müəyyənləşib.
QOL.az xəbər verir ki, ESPN-in məlumatına görə, A qrupunun 2-ci turunun bu qarşılaşmasını ABŞ-dan olan Tori Penso idarə edəcək.
39 yaşlı referi bununla da kişilər arasında keçirilən dünya çempionatlarında matçı baş hakim kimi idarə edən ikinci qadın olacaq.
Çexiya - Cənubi Afrika görüşü iyunun 18-də ABŞ-ın Atlanta şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Dünya çempionatları tarixində ilk qadın baş hakim isə fransalı Stefani Frappar olub. O, DÇ-2022-nin qrup mərhələsində Almaniya - Kosta-Rika (4:2) oyununda ədaləti qoruyub.
Qeyd edək ki, Tori Pensonun təyinatı dünya çempionatları tarixində qadın hakimlərin iştirakının genişlənməsi baxımından növbəti mühüm addım hesab olunur.