Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çilinin “Kolo-Kolo” klubu Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Vozinyanı transfer etdiyini açıqlayıb.
QOL.az xəbər verir ki, təcrübəli qolkiper 2026-cı il dünya çempionatındakı uğurlu çıxışı ilə böyük diqqət çəkmişdi.
Vozinya mundialda 4 oyunda meydana çıxıb və onların ikisində qapısını toxunulmaz saxlayıb. Kabo-Verde millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edib və 1/16 finalda Argentinaya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qapıçının son klubu Portuqaliyanın II Liqa təmsilçisi “Şaveş” olub. O, ötən mövsüm bütün turnirlərdə 19 matç keçirib, bunların 6-da qapısından qol buraxmayıb.
Transfermarkt portalına görə, Vozinyanın hazırkı bazar qiyməti 500 min avrodur.