DÇ 2026 nın rəsmi topu kosmosa göndərilib VİDEO

21.06.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

DÇ-2026-nın rəsmi topu olan “Trionda” kosmosda test edilib.

İdman.Biz xəbər verir ki, NASA Beynəlxalq Kosmik Stansiyada “Adidas” istehsalı olan top üzərində xüsusi təcrübə aparıb. Astronavtlar mikroqravitasiya şəraitində topun hərəkətini, balansını və ağırlıq mərkəzinin davranışını yoxlayıblar.

Təcrübənin məqsədi topun daxilində yerləşən texnologiyaların və daxili kütlənin onun hərəkətinə necə təsir etdiyini öyrənməkdir. NASA-nın məlumatına görə, bu sınaq 2019-cu ildə aparılan oxşar eksperimentin davamı kimi həyata keçirilib.

Qeyd edək ki, “Trionda” 2026-cı il dünya çempionatının rəsmi topudur. Turnir ABŞ, Kanada və Meksikada keçirilir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью