DÇ 2026 nın seçmə mərhələsində inanılmaz rekord

21.03.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı il dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsi çərçivəsində İran - BƏƏ oyununda qeyri-adi hal yaşanıb.

QOL.az xəbər verir ki, görüşün ilk hissəsi elektrik kəsintisi səbəbindən yarımçıq dayandırılıb. Elektrikin bərpasından sonra isə VAR-dakı problemə görə oyuna yenidən fasilə verilib. Bütün bunlara görə ilk hissəyə 29 dəqiqə əlavə olunub. Ümumilikdə matçın 1-ci hissəsi 74 dəqiqə olub.

Bu, milli komandalar səviyyəsində oyunun 1 hissəsinə əlavə olunan ən uzun müddətdir. Əvvəlki rekord 24 dəqiqə idi. 

Klub səviyyəsində rekord isə 35 dəqiqəyə bərabərdir. 

Qeyd edək ki, İran - BƏƏ matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью