DÇ 2026 nın yarımfinalında dah bi qalmaqal Rays cəza almadı

17.07.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

DÇ-2026-nın yarımfinalında dah bi qalmaqal – Rays cəza almadı

İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays DÇ-2026-nın Argentina ilə yarımfinal oyununda (1:2) hakim tərəfindən cəzalandırılmaması ilə diqqət çəkib.

QOL.az xəbər verir ki, görüş zamanı 26 yaşlı futbolçu üç dəfə ağzını əli ilə tutaraq rəqib oyunçulara nəsə deyib. Matçın əvvəlində futbolçular arasında yaşanan qarşıdurma zamanı Rays rəqiblərinə yaxınlaşaraq bu hərəkəti etsə də, baş hakim İsmayıl Əlfət buna reaksiya verməyib.

FİFA-nın yeni qaydalarına əsasən, ağzını əli ilə örtərək danışan futbolçu qırmızı vərəqə ilə cəzalandırılmalıdır. Buna baxmayaraq, Rays meydanda qalıb və yalnız 82-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, daha əvvəl DÇ-2026-da Paraqvay millisinin hücumçusu Migel Almiron Türkiyə ilə qrup oyununda (1:0), Ekvador yığmasının müdafiəçisi Pyero İnkapiye isə Meksika ilə 1/16 final matçında (0:2) eyni səbəbdən qırmızı vərəqə almışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью