DÇ 2026 öncəsi xüsusi əməliyyyat

02.06.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

DÇ-2026 öncəsi xüsusi əməliyyyat

Kanadanın Toronto şəhərində hüquq-mühafizə orqanları 2026-cı il dünya çempionatı ərəfəsində 2,5 milyon dollar dəyərində saxta futbol atributlarını müsadirə edib.

QOL.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Mənbənin bildirdiyinə görə, əməliyyat zamanı FİFA loqoları olan 16 mindən çox saxta forma və bayraq, həmçinin dünya çempionatının kubokunun iki saxta nüsxəsi aşkarlanaraq götürülüb.

Polisin açıqlamasına əsasən, faktla bağlı iki nəfər saxlanılıb və onlara qarşı ittiham irəli sürülüb.

Qeyd edək ki, Toronto 2026-cı il dünya çempionatının ev sahibliyi edəcək şəhərlərdən biridir. Burada turnirin altı oyunu keçiriləcək. 

Xatırladaq ki, dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Turnirdə 48 milli komanda iştirak edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью