DÇ 2026: Portuqaliya millisinin məşqi ləğv olundu

15.06.2026

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Portuqaliya millisi ildırım səbəbindən axşam məşqini və mətbuat konfransını buraxmaq məcburiyyətində qalıb. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Komandanın təlim-məşq düşərgəsi ABŞ-ın Florida ştatının Palm Biç Qardens şəhərində yerləşir. Hava şəraitinin qəfil pisləşməsi səbəbindən Mateus Nunesin iştirak edəcəyi mətbuat konfransı, eləcə də sonradan keçirilməsi planlaşdırılan məşq ləğv edilib. Təlim bazasının yaxınlığında qurulan çadır təxliyə edilib, jurnalistlər və təşkilat komitəsinin üzvləri ərazidən uzaqlaşdırılıb. 

Qeyd edək ki, Portuqaliya qrup mərhələsində DR Konqo (17 iyun), Özbəkistan (23 iyun) və Kolumbiya (28 iyun) ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью