DÇ 2026: Qananı məğlub edən Kolumbiya 1/8 finala çıxan sonuncu komanda olub

04.07.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Futbol üzrə dünya çempionatında Kolumbiya Qananı məğlub edib.

Moderator.az-ın məlumatına görə, Kanzas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.

14-cü dəqiqədə Con Arias fərqlənib.

Bu nəticənin ardından 1/16 final mərhələsinin oyunlarına yekun vurulub. 1/8 finala yüksəlməyi bacaran Kolumbiyanın rəqibi İsveçrə olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью