Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Futbol üzrə 2026-cı il dünya çempionatında qrup mərhələsinin III turunun növbəti oyunları baş tutub.
BAKU.WS xəbər verir ki, E, F və D qruplarında keçirilən altı qarşılaşmada maraqlı nəticələr qeydə alınıb.
E qrupunda Kot-d"İvuar milli komandası Kurasao milli komandası üzərində 2:0 hesablı qələbə qazanıb.
Günün əsas sürprizlərindən biri isə Ekvador milli komandasının Almaniya milli komandasını 2:1 hesabı ilə məğlub etməsi olub.
F qrupunda Yaponiya milli komandası ilə İsveç milli komandası arasında keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Niderland milli komandası isə Tunis milli komandasını 3:1 hesabı ilə məğlub edib.
D qrupunda Türkiyə milli komandası gərgin keçən matçda ABŞ milli komandası üzərində 3:2 hesablı qələbə qazanıb.
Paraqvay milli komandası ilə Avstraliya milli komandası arasında keçirilən qarşılaşmada isə qalib müəyyənləşməyib – 0:0.