DÇ 2026: Qrupdan çıxmaq şansı minimum olan yığmalar

05.06.2026

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı il dünya çempionatında qrup mərhələsindən çıxmaq şansı ən az olan 10 komandanın adı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "Football Meets Data" portalı məlumat yayıb

Virtual simulyasiyalara əsaslanan mənbəyə görə, ən minimum şans İraq (15,4% keçmək şansı) və Haitidədir (15,6%). 

İlk "10-luğ"a həmçinin Kurasao (19,4%), İordaniya (20,9%), Panama (27,3%), Özbəkistan (31,8%), Tunis (35,8%), Səudiyyə Ərəbistanı (35,9%), Kabo-Verde (36,4%) və Qətər (39,8%) daxildir. 

Qeyd edək ki, İraq üçün mənfi proqnozlar yalnız komandanın gücünə deyil, həm də Fransa, Norveç və Seneqal ilə eyni qrupda yer almalarına əsaslanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью