DÇ 2026 Rayan Şerkini yuxusuz qoydu

02.07.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

DÇ-2026 Rayan Şerkini yuxusuz qoydu

Fransa millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Rayan Şerki DÇ-2026-da kifayət qədər oyun vaxtı qazanmadığı üçün məyusdur.

QOL.az xəbər verir ki, "L’Equipe" nəşrinin məlumatına görə, 22 yaşlı futbolçuda bu səbəbdən yuxu problemləri yaranıb.

Qeyd olunur ki, Şerki yığmadakı yüksək rəqabəti anlayışla qarşılayır və baş məşqçi Didye Deşamla arasında heç bir fikir ayrılığı yoxdur.

Xatırladaq ki, İsveç üzərində 3:0 hesablı qələbədən sonra Şerkinin Deşamı görməzdən gəlməsi narazılıq doğurmuşdu. Futbolçunun yaxınları isə bunun məşqçiylə bağlı olmadığını, öz çıxışından narazı qalmasının nəticəsi olduğunu bildiriblər.

Qeyd edək ki, Şerki cari dünya çempionatında 4 oyunda cəmi 55 dəqiqə meydanda olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью