DÇ 2026: Son yarımfinalçılar müəyyənləşir

11.07.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gecə mundialda 1/4 final mərhələsinə yekun vurulacaq. 

Əvvəlcə İngiltərə millisi ilə dünya çempionatının sürpriz komandası sayılan Norveç üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 01:00-da start götürəcək. 

İkinci qarşılaşmada isə son dünya çempionu Argentina İsveçrəni sınağa çəkəcək. 1/4 finalın son oyunu Bakı vaxtı ilə 05:00-da başlayacaq.

Bu qarşılaşmalarda qalib gələn tərəflər iyulun 15-də yarımfinalda görüşəcəklər. İyulun 14-də keçiriləcək ilk yarımfinal matçında isə Fransa İspaniya ilə qarşılaşacaq. 

Xatırladaq ki, DÇ-2026-ya 19 iyulda yekun vurulacaq.

DÇ-2026
1/4 final 
12 iyul

01:00. Norveç - İngiltərə
Baş hakim: Kleman Tyürpen (Fransa).
Mayami (ABŞ). "Hard Rok Stadium".

05:00. Argentina - İsveçrə
Baş hakim: Joau Pedru Pineyru (Portuqaliya).
Kanzas-Siti (ABŞ). "Errouhed Stadium".
 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью