DÇ 2026: Torontoda dəyəri 2,5 milyon dollar olan saxta idman məhsulları müsadirə edilib

02.06.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 iyun, AZƏRTAC

Kanadanın Toronto şəhərində hüquq-mühafizə orqanları futbol üzrə dünya çempionatı ərəfəsində 2,5 milyon dollar dəyərində saxta idman məhsulu aşkarlayıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat zamanı üzərində FIFA loqosu əks olunmuş 16 mindən çox saxta forma və bayraq, həmçinin dünya çempionluğu kubokunun 2 saxta nüsxəsi müsadirə edilib.

Hadisə ilə əlaqədar iki nəfər saxlanılıb və onlara qarşı ittiham irəli sürülüb.

Qeyd edək ki, Toronto 2026-cı il dünya çempionatının altı oyununa ev sahibliyi edəcək. Şəhərdə keçiriləcək ilk qarşılaşma iyunun 12-də Kanada ilə Bosniya və Herseqovina milli komandaları arasında olacaq.

Mundial iyunun 11-dən iyulun 19-dək Kanada ilə yanaşı, ABŞ və Meksikada təşkil olunacaq. Turnirdə 48 yığma mübarizə aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью