DÇ 2026: Uruqvay Kabo Verde matçının heyətləri açıqlanıb

22.06.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

DÇ-2026-nın qrup mərhələsində Uruqvay və Kabo-Verde yığmaları üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, H qrupunun ikinci tur matçı ABŞ-nin Mayami şəhərindəki “Hard Rok” stadionunda keçiriləcək. Qarşılaşmanın baş hakimi norveçli Espen Eskos olacaq. Oyun Bakı vaxtı ilə 02:00-da başlayacaq.

Komandaların start heyətləri də açıqlanıb.

Uruqvay: Muslera, Varela, Kaseres, Olivera, Sanabriya, Arauxo Vilçes, Valverde, Bentankur, Uqarte, Kanobbio, Vinyas.

Kabo-Verde: Vozinya, Moreyra, Lopes, Borjeş, Kabral, Mendeş, Lenini, Arkanju, Rodriqeş, Monteyru, Benşimol.

Qeyd edək ki, Uruqvay ilk turda Səudiyyə Ərəbistanı ilə 1:1 hesablı heç-heçə edib. Kabo-Verde isə mundialdakı debüt oyununda İspaniyadan xal alaraq 0:0 hesablı nəticə ilə diqqət çəkib.

H qrupunun üçüncü turunda Uruqvay İspaniya, Kabo-Verde isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Hər iki oyun 27 iyunda keçiriləcək.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью