DÇ 2026: Xorvatiya üzərində əzmkar qələbə qazanan Portuqaliya 1/8 finalda

03.07.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 iyul, AZƏRTAC

Futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir iştirakçısı bəlli olub.

AZƏRTAC xəbər verir ki, 1/16 finalda Xorvatiya millisinə 2:1 hesabı ilə qalib gələn Portuqaliya yığması növbəti raunda vəsiqə qazanıb.

Matçda hesabı 53-cü dəqiqədə xorvatiyalılar açıblar. İvan Perişiç fərqlənib. 68-ci dəqiqədə Portuqaliya seçməsinin kapitanı Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirərək oyunda tarazlığı bərpa edib. Qələbə qoluna isə 90+4-cü dəqiqədə Qonsalu Ramuş imza atıb.

Beləliklə, Portuqaliya millisi 1/8 finalda İspaniya yığmasına rəqib olub.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ yığmaları 1/8 finala yüksəliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью