DÇ 2026: Xorvatiyadan minimalhesablı qalibiyyət YENİLƏNİB

24.06.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı il dünya çempionatında L qrupunun II turunun oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, Panama millisi Xorvatiya yığması ilə üz-üzə gəlib. 

Qarşılaşma Bakı vaxtı ilə saat 03:00-da başlayıb. 

Matçın taleyini 1 qol həll edib. 54-cü dəqiqədə Budimir Xorvatiyaya 3 xal qazandıran qolu vurub. 

Qeyd edək ki, hər iki komanda mundialda hələ qələbə qazana bilməyib. Panama ilk turda Qanaya 0:1 hesabı ilə məğlub olub. Xorvatiya isə İngiltərəyə 2:4 hesabı ilə uduzub. Bu nəticədən sonra Panama 0 xalda qalıb və qrupdan çıxmayacağı dəqiqləşib. Xorvatiya isə ilk 3 xalını qazanıb. 

Dünya çempionatı
L qrupu, II tur
24 iyun

03:00. Panama - Xorvatiya 0:1

Qol: A. Budimir, 54

Panama: Moskera, Blekman, Ramos, Kordoba, Murilyo, Harvi, Martinez, Andrade, Barsenas, Nelson Faxardo, Rodriqes

Xorvatiya: Livakoviç, Qvardiol, Ponqraçiç, Şutalo, Stanişiç, Kovaçiç, Modriç, Perişiç, Baturina, Paşaliç, Musa

DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA? DÇ-26: Əlcəzairdən geridönüş - YENİLƏNİB DÇ-26: Norveç Seneqalı məğlub etdi - YENİLƏNİB DÇ-26: Fransa 3 xalı 3 qolla qazandı - YENİLƏNİB DÇ-26: Messidən şou, Argentinadan qələbə - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью