DÇ 2026 ya 1 milyondan çox bilet satılıb

17.10.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-nın final mərhələsinə satılan biletlərin sayı açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə FİFA-nı mətbuat xidməti məlumat yayıb.

Mundial üçün artıq 1 milyondan çox bilet satılıb. Bildirilib ki, turnirə 212 ölkə və ərazidən azarkeşlər qatılacaq.

Dünya çempionatı iyunun 11-də başlayacaq və iyulun 19-dək davam edəcək. Yarışda hər biri 4 komanda olmaqla 12 qrupa bölünən 48 milli iştirak edəcək. İlk 2 yeri tutan komanda, 3-cü yeri tutan səkkiz ən yaxşı komanda ilə birlikdə  DÇ-2026-nın pley-off mərhələsinə yüksələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью