DÇ 2026 ya görə Yuventus un təklifini geri çevirdi

02.02.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

DÇ-2026-ya görə "Yuventus"un təklifini geri çevirdi

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun hücumçusu Ayvan Touni "Yuventus"un transfer təklifini geri çevirib.

QOL.az xəbər verir ki, "Daily Mirror"un məlumatına görə, 29 yaşlı forvard bu qərarı İngiltərə millisinin heyətində 2026-cı il dünya çempionatına yollanmaq niyyəti ilə verib.

Cari mövsümdə vurduğu 18 qolla Səudiyyə Ərəbistanı çempionatının bombardiri olan Touni Avropaya qayıtmaqdansa, "Əl-Əhli"də qol vurmağa davam etməyi üstün tutub. Futbolçu bu fonda yığmanın baş məşqçisi Tomas Tuxelin diqqətini daha çox çəkə biləcəyini düşünür:

"Düşünürəm ki, hazırda işlərim yaxşı gedir. Əgər burada qol vurmağa davam etsəm, bu, mənim üçün bəlkə də yeganə şans olacaq, dünya çempionatına yollanmaq imkanlarımı artıracaq. Bu liqada qol vurmaq asan deyil, çətindir. Amma bu komandada çıxış etmək mənə şans verir. Heyətimizdə assist etməyi sevən yaxşı oyunçular var. Onların bəxti gətirib ki, qol vurmağı sevən və daha çoxunu istəyən hücumçuları var".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью