Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sın matçını keçirəcək.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda səfərdə Şimali Makedoniya ilə üz-üzə gələcək.
Bitola şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək və “İdman TV” vasitəsilə canlı yayımlanacaq. Oyunu gürcüstanlı Teona Sturua idarə edəcək.
C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorranı (evdə 3:1, səfərdə 2:0), Şimali Makedoniyanı (evdə 2:0) məğlub edib, Macarıstana (səfərdə 0:1, evdə 1:2) uduzub. Zərif cinsdən olan komanda 5 oyundan sonra 9 xalla qrupda ikinci yerdə qərarlaşıb. Macarıstan 13 xalla birinci, Şimali Makedoniya 6 xalla üçüncü, hesabında 1 xal olan Andorra dördüncü pillədədir.
DÇ-2027
Seçmə mərhələ
9 iyun
21:00. Şimali Makedoniya - Azərbaycan
Hakim: Teona Sturua, Elene Eloşvili, Sopo Tsulaya, Tamta Şengelia (hamısı Gürcüstan).
Bitola. Petar Miloşevski stadionu.