Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2030-cu ildə keçiriləcək dünya çempionatının finalına ev sahibliyi edəcək ölkə müəyyənləşib.
Fanat.Az xəbər verir ki, mundialın həlledici oyunu İspaniyada keçiriləcək.
Bu barədə İspaniya Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Luzan "Reuters" agentliyinə açıqlamasında deyib:
"İspaniya uzun illər ərzində təşkilatçılıq bacarığını sübut edib. 2030-cu ildə dünya çempionatına ev sahibliyi edəcəyik və final burada keçiriləcək".
Oyunun dəqiq yeri ilə bağlı son qərarı FIFA verəcək.
DÇ-2030 İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Uruqvay, Argentina və Paraqvay isə hər biri bir oyuna ev sahibliyi edəcək.
DÇ-2022-də sonuncu dəfə 32 komanda iştirak edib. 2026-cı il dünya çempionatında 48 komanda iştirak edəcək.