DÇ 2030 un finalı harada olacaq?

27.01.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

DÇ-2030-un finalı harada olacaq?

2030-cu il futbol üzrə dünya çempionatının final matçının keçiriləcəyi ölkə ilə bağlı mübahisələrə aydınlıq gətirilib.

QOL.az BBC-yə istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyasının prezidenti Rafael Louzan həlledici görüşün onun ölkəsində baş tutacağını bəyan edib.

O, Mərakeşin finala ev sahibliyi etmək istəyinə baxmayaraq İspaniyanın bu hüquqa sahib olacağını vurğulayıb:

"İspaniya illərdir ki, təşkilatçılıq qabiliyyətini sübut edib. Biz DÇ-2030-un lideri olacağıq və final matçı burada keçiriləcək".

Final üçün əsas namizəd arenalar kimi Madridin "Santyaqo Bernabeu" və Barselonanın "Nou Kamp" stadionları göstərilir.

Xatırladaq ki, DÇ-2030 İspaniya, Portuqaliya və Mərakeşin ortaq ev sahibliyi ilə keçiriləcək. Turnirin 100 illiyi şərəfinə ilk 3 oyun Uruqvay, Argentina və Paraqvayda baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью