DÇ 2030 un finalı üçün əsas namizəd: "Santyaqo Bernabeu"

04.08.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

DÇ-2030-un finalı üçün əsas namizəd: "Santyaqo Bernabeu"

Madriddəki "Santyaqo Bernabeu" stadionu 2030-cu il dünya çempionatının final matçına ev sahibliyi etmək üçün əsas namizəd olaraq qalır.

QOL.az xəbər verir ki, bu barədə "Defensa Central" nəşrinin jurnalisti Anton Meana məlumat yayıb.

Mənbənin iddiasına görə, İspaniya Futbol Federasiyası (RFEF) həlledici oyunun "Real"ın stadionunda keçirilməsinə üstünlük verir. Yenilənmiş "Kamp Nou" və Mərakeşdə inşa olunan II Həsən stadionu da namizədlər sırasında olsa da, hazırda "Santyaqo Bernabeu" ön plandadır.

Bildirilir ki, stadionun əsas üstünlükləri genişmiqyaslı yenidənqurma, müasir infrastruktur və dünya futbolunun ən məşhur arenalarından biri olmasıdır. Bununla yanaşı, yerli sakinlərin etirazları səbəbindən stadion ətrafında böyük fan-zona yaradılması məsələsi hələ də həllini tapmayıb.

Qeyd edək ki, DÇ-2030 İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Turnirin 100 illiyi münasibətilə açılış oyunları isə Argentina, Paraqvay və Uruqvayda baş tutacaq. Yekun qərar hələ verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью