Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində tarixi nəticəyə imza atıb.
Apasport.az xəbər verir ki, yığma Paraqvayla görüşdə 4:1 hesablı qələbə qazanıb.
ESPN-in məlumatına görə, ABŞ millisi 96 ildən sonra ilk dəfə mundialda bir oyunda 3 və daha çox qol vuraraq qalib gəlib.
Amerikalılar sonuncu dəfə 1930-cu il dünya çempionatında belə nəticə göstərmişdilər. Həmin mundialda ABŞ Belçikanı və Paraqvayı eyni hesabla - 3:0 məğlub etmişdi.
Qeyd edək ki, 1930-cu ildən bu yana ABŞ millisi dünya çempionatlarında heç vaxt bir oyunda 3 və daha çox qol vuraraq qələbə qazanmamışdı.
Argentina üçün şad xəbər: MARTİNEZ QAYITDI DÇ-2026: Açılış günündə faciə - AZARKEŞ DÜNYASINI DƏYİŞDİ Son baş məşqçinin göstəricisini təkrarladı Cənubi Koreya - Çexiya oyununun ən yaxşı futbolçusu açıqlanıb DÇ-2026: Cənubi Koreyadan geridönüş - YENİLƏNİB