DÇ 26: Çexiya və CAR xalları bölüşdü YENİLƏNİB

18.06.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

2026-cı il dünya çempionatında A qrupunun II turuna start verilib.

Apasport.az xəbər verir ki, turun ilk oyununda Çexiya millisi Cənubi Afrika Respublikası ilə qarşılaşır.

Görüş bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayıb. 

Matça Çexiya qolla başlayıb. 6-cı dəqiqədə Sadilek Çexiyanı önə keçirib. 

İlk hissədə başqa qol olmayıb. 

İkinci hissənin sonlarında CAR hesabı bərabərləşdirib. Mokoena 83-cü dəqiqədə penaltidən dəqiq oynayıb: 1:1.

Oyunda başqa qol olmayıb. 

Xatırladaq ki, hər iki komanda ilk turda məğlubiyyətlə üzləşmişdi. Çexiya Cənubi Koreyaya 1:2, CAR isə Meksikaya 0:2 hesabı ilə uduzmuşdu. 

Qeyd edək ki, A qrupunun digər oyununda Meksika Cənubi Koreya ilə qarşılaşacaq.

Dünya çempionatı
A qrupu, II tur
18 iyul

20:00. Çexiya - CAR 1:1

Qol: M. Sadilek, 6, T, Mokoena, 83

Yamal cəzadan son anda qurtuldu: 5 dəqiqə geciksəydi... 167 santimetrlə tarixə düşdü: Fayzullayevdən DÇ rekordu DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA? Diaz ən yaxşı adına layiq görüldü DÇ- 26: Özbəkistan məğlub oldu - YENİLƏNİB
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью