DÇ 26: İngiltərə hesabda öndə YENİLƏNİR

18.06.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir.

Apasport.az xəbər verir ki, L qrupunda İngiltərə millisi Xorvatiya ilə qarşılaşır. 

Görüşə Bakı vaxtı ilə iyunun 18-də saat 00:00-da start verilib.

Qarşılaşma Dallasda baş tutur.

İngilislər görüşə qolla başlayıb. Modriçin cərimə meydançasında Maduekeyə qarşı kobudluğu penaltiyə səbəb olub. Topun başına keçən Harri Keynin zərbəsini Livakoviç çıxarıb. Lakin hakim Klemen Turpen Livakoviçin zərbə anında qapı xəttindən irəli çıxdığına qərar verib və 11 metrlik cərimə zərbəsi təkrarlanıb. Yenidən topu ağ nöqtəyə qoyan Keyn bu dəfə topu qapıdan keçirməyi bacarıb: 1:0.

İngiltərə mundialdakı ilk oyununda qələbə qazanaraq turnirə uğurlu başlamağa çalışacaq.

Xorvatiya isə son illərdə böyük turnirlərdəki sabit çıxışını davam etdirmək niyyətindədir.

DÇ-2026
L qrupu
18 iyun

00:00. İngiltərə – Xorvatiya 1:0

Qol: H. Keyn, 12

İngiltərə: Pikford, Ceyms, Konsa, Stounz, O’Rayli, Anderson, Rays, Madueke, Bellinqem, Qordon, Keyn.

Xorvatiya: Livakoviç, Stanişiç, Qvardiol, Şutalo, Perişiç, Modriç, Baturina, Paşaliç, P. Suçiç, Vuškoviç, Musa.

Konfrans Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşdi - YENİLƏNİB Konfrans Liqası: "Qarabağ"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB Konfrans Liqası: "Sabah"ın potensial rəqibləri müəyyənləşdi - YENİLƏNİB Avropa Liqası: "Beşiktaş" Danimarka nəhənginə rəqib oldu Avropa Liqası: "Qarabağ"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью