DÇ 26: İspaniya millisinin hücumçusundan antirekord: 30 dəqiqə topa toxunmadı

16.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya millisinin hücumçusu Mikel Oyarsabal DÇ tarixində kuryoz göstərici ilə yadda qalıb.

Apasport.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.

Bask futbolçu DÇ-2026-nın qrup mərhələsində Kabo-Verde ilə matçda oyunun ilk 30 dəqiqəsində topa ümumiyyətlə toxunmayıb. Start heyətində meydana çıxan hücumçu 31-ci dəqiqədə ilk dəfə topla təmas edib.

Beləliklə, Oyarsabal dünya çempionatları tarixində oyunun ilk yarım saatını topa toxunmadan keçirən ilk futbolçu olub. Bu statistikanın mundiallarda 1966-cı ildən aparıldığı bildirilir.

Qeyd edək ki, İspaniya – Kabo-Verde oyunu 0:0 hesabı ilə başa çatıb. Bu nəticə Kabo-Verdenin dünya çempionatları tarixində qazandığı ilk xal olub.

Çempionlar Liqası: "SABAH"IN RƏQİBİ BƏLLİ OLUR - YENİLƏNİR Avropa Liqası: "QARABAĞ"IN RƏQİBİ MÜƏYYƏNLƏŞİR - YENİLƏNİR DÇ-26: İranlı futbolçu ən yaxşı seçildi DÇ-2026: Səudiyyə Ərəbistanı Uruqvayla xalları bölüşüb - YENİLƏNİB DÇ-26: Belçikadan qollu sülh - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью