DÇ 26: İsveçrə qələbə axtarışında

18.06.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

2026-cı il dünya çempionatında B qrupunda II tura start veriləcək. Sport24.az xəbər verir ki, turun ilk oyununda İsveçrə millisi Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hər iki komanda ilk turda heç-heçə edib. İsveçrə Qətərlə, Bosniya və Herseqovina isə Kanada ilə 1:1 hesablı bərabərliyə razılaşıb.

Qeyd edək ki, B qrupunun digər oyununda Kanada Qətərlə üz-üzə gələcək.

Dünya çempionatı
B qrupu, II tur
18 iyun


23:00. İsveçrə - Bosniya və Herseqovina

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью