DÇ 26: Məşhur hakim ilk matçı Buraxacaq

13.06.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

İngiltərəli hakim Maykl Oliver 2026-cı il dünya çempionatında ilk təyinatını zədə səbəbindən buraxacaq.

Apasport.az xəbər verir ki, FIFA E qrupunun Fil Dişi Sahili - Ekvador matçında hakim dəyişikliyi edib.

Qarşılaşmanı idarə etməli olan Oliveri fransalı referi Fransua Leteksye əvəzləyəcək.

FIFA-nın açıqlamasında ingiltərəli hakimin yüngül zədə aldığı bildirilib. Qurum Oliverin yaxın günlərdə tam bərpa olunaraq yenidən təyinat ala biləcəyini açıqlayıb.

Leteksyeyə bu oyunda fransalı laynsmanlar Siril Münyer və Mehdi Rahmuni kömək edəcək. Oliverlə birgə təyinat alan ingiltərəli köməkçilər Stüart Bart və Ceyms Meynvarinq də dəyişdirilib.

Qeyd edək ki, Maykl Oliver 2010-cu ildən İngiltərə Premyer Liqasında oyunları idarə edir. O, 2022-ci il dünya çempionatında 3 matçda iş başında olub.

ABŞ millisinin üzvündən tarixi göstərici - Mundiallarda ilkə imza atdı DÇ-26: PULİŞİÇ SIRADAN ÇIXDI DÇ-26: ABŞ-dan 96 illik rekord DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA? DÇ-26: ABŞ 3 xalı 4 qolla qazandı - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью