DÇ 26: Messidən şou, Argentinadan qələbə YENİLƏNİB

22.06.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2026-cı il dünya çempionatında J qrupunun II turunun oyunları keçirilir. 

Apasport.az xəbər verir ki, turun mərkəzi görüşündə Argentina millisi Avstriya ilə qarşılaşıb.

Matç Bakı vaxtı ilə saat 21:00-da başlayıb. 

Oyunun 9-cu dəqiqəsində hakim Avstriyanın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topun arxasına keçən Lionel Messi penaltidən dəqiq yararlana bilməyib. Buna baxmayaraq ulduz futbolçu ilk hissənin sonlarında fərqlənib. Messi 40-cı dəqiqədə hesabı 1:0 edən qolu vurub. 

Cənubi amerikalılar 90+5-ci dəqiqədə daha bir qol vurub. Səhnəyə yenə Leo Messi çıxıb. 

Görüş bu hesabla başa çatıb: 2:0

İlk turda Əlcəzairi 3:0 məğlub edən Argentina xallarının sayını 6-ya çatdırıb. Daha əvvəl İordaniyanı 3:1 hesabı ilə üstələyən Avstriya isə bu nəticədən sonra 3 xalda qalıb. 

Qeyd edək ki, J qrupunun digər oyununda İordaniya Əlcəzairlə üz-üzə gələcək.

Dünya çempionatı
J qrupu, II tur
22 iyun

21:00. Argentina – Avstriya 2:0

Qol: L. Messi, 40, 90+5

Uğursuz penalti: L. Messi, 9

DÇ-26: Norveç Seneqala qarşı - YENİLƏNİR Deşam Yamala heyran qaldı: “İspaniyanı daha təhlükəli edir” DÇ-26: Fransa növbəti qələbə arzusunda - YENİLƏNİR Millimiz yoxlama matçları keçirəcək İran mundial tarixinə düşdü: Almaniyanın 28 illik rekordu qırıldı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью