DÇ 26: Skaloni “100”ü geridə qoydu

04.07.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

Argentina millisinin baş məşqçisi Lionel Skaloni yubiley matçına çıxıb.

Apasport.az xəbər verir ki, DÇ-2026-nın 1/16 final mərhələsində Kabo-Verde ilə keçirilən oyun 48 yaşlı mütəxəssisin yığmanın sükanı arxasında 100-cü qarşılaşması olub.

Skaloni 2018-ci ildən Argentina millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 100 oyunun 73-də qələbə qazanıb, 18 heç-heçə edib və 9 dəfə məğlub olub. Bu matçlarda top fərqi 209:52-dir.

Argentina millisi Skaloninin dövründə 4 titul qazanıb. Komanda 2021 və 2024-cü illərdə Amerika Kubokunun, həmçinin Finalissima turnirinin və 2022-ci il dünya çempionatının qalibi olub.

Bu müddətdə yığmanın ən məhsuldar futbolçusu Lionel Messi olub. O, Skaloninin rəhbərliyi altında Argentina millisində 59 qol vurub.

Qeyd edək ki, Argentina millisində oyun sayı və qələbə sayı üzrə rekord Gilyermo Stabileyə məxsusdur. O, 1939-1960-cı illərdə komandaya rəhbərlik etdiyi dönəmdə 127 oyun keçirib və 85 qələbə qazanıb.

DÇ-26: Misir 1/8 finalda! - YENİLƏNİB Uşağa görə ara qarışdı: Misir millisinin otelində polis qalmaqalı İsveçrə - Əlcəzair matçının ən yaxşısı BƏLLİ OLDU DÇ-2026: İsveçrə 1/8 finalda - YENİLƏNİB DÇ-2026: Portuqaliya 1/8 finalda! - YENİLƏNİB
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью