DÇ: Azərbaycan cüdoçusu ilk görüşdə qələbə qazandı

07.10.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk görüşünə çıxıb.

Futbolpress.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/32 finalda Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşıb. Vüsal ipponla rəqibinə qalib gəlib.

Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayacaq.

Qadınların -63 kq çəki dərəcəsində Hanna Zaytseva yarışa 1/16 finaldan qoşulacaq. Onun ilk rəqibi Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan) görüşünün qalibi olacaq.

Zelim Tçkayev və Ömər Rəcəbli isə ilk görüşlərini 1/16 finalda keçirəcəklər. Tçkayev Timoti Meuvsen (Cənubi Afrika Respublikası) – Viktor Sterpu (Moldova) cütünün, Rəcəbli isə Sibqatullah Arab (IRT) – Mahamadu Dukara (Mali) görüşünün qalibi ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью