Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatı start götürüb.
Futbolpress.az xəbər verir ki, ilk gündə Azərbaycanın iki cüdoçusu final blokuna vəsiqə qazanıb.
Qızlar arasında Xədicə Qədəşova, oğlanlarda isə Mahmud Musayev bürünc medal uğrunda yarışacaq. Onların rəqibləri müvafiq olaraq Nika Tomk (Sloveniya) və İslam Sultigov (Rusiya) olacaq.
Final blokuna 16:00-da start veriləcək.