Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Bu gün Bakıda keçirilən dünya çempionatında Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayacaq.
Futbolpress.az xəbər verir ki, yarışın ikinci günündə Gültac Məmmədəliyeva (52 kq), Turan Bayramov, Nizami İmranov və Ruslan Paşayev (hamısı 66 kq) tatamiyə çıxacaqlar.
Məmmədəliyevanın ilk rəqibi 1/16 finalda İsrail təmsilçisi Gefen Primo olacaq.
Bayramov 1/32 finalda finlandiyalı Lukas Saha, Nizami İmranov isə gürcüstanlı Vaja Marqvelaşvili ilə qarşılaşacaq. Paşayev 1/16 finalda Serdar Rahimov (Türkmənistan) – Adrian Nieto Çinarro (İspaniya) görüşünün qalibi ilə üz-üzə gələcək.
Təsnifat mərhələsinin görüşləri saat 10:00-da başlayacaq.
Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.