futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kabo Verde milli komandasının qapıçısı Vojinya karyerasını Çilidə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 40 yaşlı qolkiper “Kolo Kolo” klubu ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Keçidin yaxın zamanda açıqlanacağı bildirilib.
Vojinya dünya çempionatındakı çıxışı ilə diqqət çəkib. Qolkiper komandasının pley-off mərhələsinə qədər irəliləməsində böyük pay sahibi olub.
Vojinya son olaraq Portuqaliyada “Şaveş”də çıxış edib. O, hazırda klubsuzdur.