DÇ: Daha üç qrupda mübarizəyə yekun vurulur

17.11.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha 6 oyun keçiriləcək.

Üç qrupda - "A", "G" və "L" qruplarında tsiklə yekun vurulacaq. 

Almaniya qrup liderliyi uğrunda oyunda evdə Slovakiya ilə üz-üzə gələcək. Günün daha bir prinsipial qarşılaşmasında Xorvatiya isə Monteneqro münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, Avropa zonası üzrə seçmə mərhələyə sabah yekun vurulacaq. Azərbaycan millisinin yer aldığı D qrupunda yarış ötən gecə başa çatıb. Son oyunda Fransaya 1:3 uduzan, beləliklə cəmi 1 heç-heçə edib, 4 oyunda uduzan yığmamız 1 xalla qrup sonuncusu olub. Fransızlar DÇ-2026-nın final mərhələsinə vəsiqəni qrup lideri kimi təmin ediblər. Ukrayna 10 xalla 2-ci olub və pley-offda oynayacaq. İslandiya isə seçmə mərhələni 3-cü yerdə bitirib.

DÇ-2026
Seçmə mərhələ
17 noyabr

A qrupu

23:45. Almaniya – Slovakiya
23:45. Şimali İrlandiya – Lüksemburq

Xal durumu: Almaniya - 12, Slovakiya - 12, Şimali İrlandiya - 6, Lüksemburq - 0.

G qrupu

23:45. Niderland – Litva
23:45. Malta – Polşa

Xal durumu: Niderland - 17, Polşa - 14, Finlandiya - 10, Malta - 5, Litva - 3.

L qrupu

23:45. Monteneqro – Xorvatiya
23:45. Çexiya – Cəbəllüttariq

Xal durumu: Xorvatiya - 19, Çexiya - 13, Farer adaları - 12, Monteneqro - 9, Cəbəllüttariq - 0.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью