DÇ də 1/8 finalın ilk iştirakçısı məlum oldu

29.06.2026

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin matçlarına start verilib.

Adalet.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Mundialın ev sahiblərindən olan Kanada millisi Cənubi Afrika Respublikası (CAR) yığması ilə üz-üzə gəlib.

Los-Anceles şəhərindəki "Sou-Fay" stadionunda oynanılan görüşün taleyini bir qol həll edib. Stiven Euştakiunun 90+2-ci dəqiqədə vurduğu qol Kanada yığmasını 1/8 finala yüksəldib.

Qeyd edək ki, Kanada millisi növbəti mərhələdə Niderland - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью