DÇ də diqqət çəkdi, Avropaya transfer olundu

27.08.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Fransanın “Lill” klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Liqa 1 təmsilçisi Argentinanın “San Lorenso” komandasından Orlando Gili transfer edib. 26 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb.

Gil Paraqvay millisinin heyətində dünya çempionatında çıxış edib. O, mundialda sərgiləndiyi performansla Avropa klublarının diqqət mərkəzinə düşmüşdü.

Orlando karyerası ərzində ilk dəfə Cənubi Amerikadan ayrılıb. O, 2019-cu ildən “San Lorenso”da forma geyinirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью