DÇ də məğlub olduqdan sonra atasının öldüyünü öyrəndi

02.07.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Konqo millisinin baş məşqçisi Sebastyen Dezabr dünya çempionatının 1/16 finalında İngiltərə ilə keçirilən oyundan sonra atasının vəfat etdiyini öyrənib.

Gununsesi.info xəbər verir ki, bu barədə keçirilən mətbuat konfransında federasiya rəsmisi bildirib.

Mətbuat konfransında verilən bu məlumatdan sonra 49 yaşlı mütəxəssis heyrətlənib. O daha sonra təşəkkür edərək konfrans otağından çıxıb.

Qeyd edək ki, Konqo millisi İngiltərə ilə oyunun ilk hissəsini öndə başa vursa da, üstünlüyünü qoruya bilməyərək 1:2 hesabı ilə məğlub olub. Bu qarşılaşma komandanın tarixində dünya çempionatının pley-off mərhələsində keçirdiyi ilk oyun idi.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью