DÇ də neçə qardaş cütü var?

10.06.2026

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol üzrə dünya çempionatında ailə bağları ilə seçilən səkkiz qardaş cütlüyü də diqqət mərkəzinə düşəcək. Həmin cütlərdən dördü fərqli yığmaların heyətində çıxış edəcək. Onların sırasında İnyaki Uilyams – Niko Uilyams, Gela Due - Dezire Due, Con Suttar - Harri Suttar, Derrik Lukassen - Brayan Brobbi cütləri var.

"Football-plus.az" xəbər verir ki, ən diqqətçəkən nümunələrdən biri Uilyams qardaşlarıdı. Hər ikisi “Atletik”də çıxış etsə də, İnyaki Qana, Niko isə İspaniya millisinin formasını geyir. Due qardaşlarının da hekayəsi oxşardı. Gela Kot d’İvuar, Dezire Fransa yığmasının şərəfini qoruyur. Gela DÇ-nin iştirak ərizəsinə “Strasbur”un, Dezire isə PSJ-nin futbolçusu kimi salınıb.
Suttar qardaşlarının seçimi də fərqli olub. Con Şotlandiya, Harri isə Avstraliya millisinin heyətində turnirə qatılır. Derrik Lukassen və Brayan Brobbi cütü də bu siyahıya daxildi. Lukassen Qananın, Brobbi Niderlandın şərəfini qoruyacaq. Təbii ki, turnirin gedişində bu qardaşlardan bəziləri bir-birinə rəqib ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью