DÇ də şübhəli oyun Video

29.06.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya çempionatının qrup mərhələsinin 3-cü turunda keçirilən Əlcəzair – Avstriya matçı ilə bağlı “danışılmış oyun” şübhələri artmaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma 3:3-lük bərabərliklə başa çatıb. 

Həmin matçın 28-ci dəqiqəsində Avstriya hesabı açır. Lakin birinci hissənin son dəqiqəsində afrikalılar bərabərlik qolunu vurur. Avstriya 55-ci dəqiqədə yenidən önə keçir. Cəmi 5 dəqiqə sonra Əlcəzair fərqlənərək hesabda tarazlıq yaradır. 

90+3-cü dəqiqədə isə Afrika təmsilçisi önə keçir. Lakin bu zaman futbolçulara bildirilir ki, onlar ikinci pillənin sahibi olacağı halda İspaniya ilə qarşılaşmaq məcburiyyətində qalacaqlar. 

Nəticədə Əlcəzair 90+6-cı dəqiqədə qol buraxaraq ən yaxşı üçüncülər arasına girir və İsveçrəyə rəqib olur. 

Bu matçın belə hesabla bitməsi böyük şübhələrə yol açır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью