futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Lill”in və Mərakeş milli komandasının mərkəz yarımmüdafiəçisi Əyyub Buaddi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, insayder Fabrisio Romanonun yaydığı məlumata görə, klublar 18 yaşlı futbolçunun keçidini tamamlamaq üzrədirlər, lakin Mançester təmsilçisi yarımmüdafiəçi ilə şəxsi sözləşməyə dair yekun razılığa gəlməyib.
Daha əvvəl “şəhərlilər”in gənc istedad üçün Fransa klubuna 100 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.
Buaddi DÇ-2026-da Mərakeş yığmasının keçirdiyi 6 qarşılaşmanın 5-də ilk 11-likdə meydana çıxıb.