DÇ dən sonra təcrübəli mütəxəssisə yeni etimad

09.09.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dik Advokat Kürasao yığmasının baş məşqçisi postunda fəaliyyətini sürdürəcək.

Futbolpress.az xəbər verir ki, yerli futbol federasiyasının mətbuat xidməti 78 yaşlı niderlandlı mütəxəssislə müqavilənin 2027-ci il avqustun 1-dək uzadıldığını açıqlayıb.

Advokat cari ilin may ayından Kürasao yığmasını çalışdırır. ABŞ-də keçirilən DÇ-2026-da onun rəhbərliyi altında komanda tarixində ilk dəfə daxil olduğu mundial çərçivəsində Almaniya (1:7) və Kot-d’İvuara (0:2) məğlub olub, Ekvadorla isə heç-heçəyə (0:0) razılaşıb.

Təcrübəli niderlandlı mütəxəssis məşqçilik karyerası ərzində “Zenit”, “Fənərbağça”, “Sanderlend”, PSV kimi klubları, habelə Niderland, Rusiya, Serbiya və Belçika milli komandalarını çalışdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью